Novruz Mərdanovun 4 yaşı var və o, Algeti uşaq
bağçasına gedir. Novruzun səhhətində yaranan problemlərə görə
vəziyyəti ağırdır.
Ailənin maddi durumu zəif olduğundan onun hansı
xəstəlikdən əziyyət çəkdiyi valideynlərinə məlum deyil. O, tez bir
zamanda həkimə getməli və müayinədən keçərək düzgün bir şəkildə
müalicə olunmalıdır. Bu gün, 23 may tarixində Marneulinin yeni meri
Zaur Darğallı və yoldaşı Rena Nurməmmədova Novruzun valideynləri
ilə görüşüb və onun vəziyyəti ilə maraqlanıb. Bu haqqda Darğallı öz
facebook səhifəsində paylaşım edərək
insanlardan N.Mərdanova yardım etmələrini xahiş edib.
Novruz Mərdanovun xəstəliyinin səbəbi və
müalicəsi üçün siz onun bank hesabına istədiyiniz məbləği
yükləyərək yardım edə bilərsiniz.
Bank hesabı:
Gürcüstan Bankı
GE57BG0000000161222708 qəbul edən Elnurə
Mustafayeva (körpənin anası); şəxsiyyət vəsiqəsi
nömrəsi: 15001023011