“Aclığa Qarşı Hərəkat” iş proqramının 2-ci mərhələsini davam etdirir
“Aclığa Qarşı Hərəkat” təşkilatı həyata keçirdiyi
iş proqramının 2-ci mərhələsini davam etdirir
İş proqramı 18 yaşından başlayaraq hər kəs üçün nəzərdə tutulub.
Proqramın əsas məqsədi insanların sosial və iqtisadi baxımdan
fəallığını ortaya çıxarmaq, işə düzəlmək üçün lazım olan
bacarıqları inkişaf etdirmək və işləmək istəyənlərə vasitəçi
olmaqdır. Təşkilatın təqdim etdiyi iş proqramı öz fəaliyyətini 5 ay
ərzində davam etdirəcək. Bu vaxt ərzində iştirakçıların təcrübəli
işcilərlə görüşləri təşkil olunur, motivasiya məktubları, CV yazma
qaydaları öyrədilir. Proqramın sonunda iştirakçılara sertifikatlar
təqdim olunur.
Proqramın iştirakçısı Məhəmməd Aslanovun sözlərinə görə, 5 ay
ərzində proqram ona insanlarla əlaqə qurmağa, fəal olmağa, dövlət
dili səviyyəsini artırmağa kömək edib.
Onu da qeyd edək ki, proqramda iştirak etmək pulsuzdur və
maraqlanan şəxslər qeydiyyatdan keçərək proqrama qoşula bilərlər.
Qeydiyyat vaxtı 26 may həftənin bazar günü saat 00:00-a kimi davam
edəcək.
İş proqramı Tbilisi, Zuqdidi, Poti və Marneulidə nəzərdə tutulub.
Tbilisi istisna olmaqla, bu regionlarda sakinlərin sosial və
iqtisadi fəallığı az müşahidə olunur.
Qeydiyyat forması - linke daxil olun.