GAK-ın sədri Təhsil Nazirliyinin təqaüd yaşına çatmış pedaqoqlarla bağlı qərarını mənfi dəyərləndirir
Gürcüstan Azərbaycanlıları Konqresinın sədri
Hüseyn Yusubov Təhsil Nazirliyinin təqaüd yaşına çatmış
pedaqoqlarla bağlı qərarını mənfi dəyərləndirdiyini bildirdi.
Təhsil Nazirliyinin qərarına əsasən əmək haqqı yaşına çatmış
müəllimlər gürcü dilində sertifikat imtahanı
verməlidirlər.
İmtahan vermədikləri təqdirdə və ya kəsildiyi halda iki illik əmək
haqqı alacaqlar və onları gənc kadrlar əvəz edəcək. Yusubovun
sözlərinə görə, dövlət dilini bilmək hər bir vətəndaşın borcudur,
lakin Gürcüstanda yaşamaqla yanaşı etnik azərbaycanlılar öz
tarixlərini, mədəni irslərini qorumalı və bu haqda məlumatlı
olmalıdırlar. Bu səbəbdən tədricən məktəblərin Azərbaycan dilli
deyil, gürcü dilli olması, pedaqoqların gənc kadrlarla əvəz
edilməsi gənclər üçün çətin keçid olacaq. Gələcək gənclik öz tarixi
keçmişi barədə məlumatsız olacaq. Hüseyn Yusubov onu da əlavə etdi
ki, lazımi orqanlara yazılı şəkildə müraciət edərək təqaüdə çıxacaq
pedaqoqların yerinə yetərli kadrlar gələnə qədər bu müddətin
uzadılması fikrini irəli sürüb.
Qeyd edək ki, Dövlət mükafat olaraq əmək haqqının verilməsinə
2019-cu ilin sentyabrından başlayacaq. Pedaqoqlar imtahan əvəzinə
iki illik əmək haqqı almağı istəyib-istəmədiklərini 2019-cu ilin
sonuna qədər bildirməlidirlər.