Yerli özünüidarə Ramazan ayı münasibəti ilə iftar süfrəsi açdı
14:41 / 30.05.2019
29
may tarixində, Marneulidə yerli özünüidarənin təşkilatçılığı ilə
iftar süfrəsi açılıb. Tədbirdə oruc tutan şəxslər, mərkəzi və yerli
hakimiyyət nümayəndələri, din xadimləri iştirak
edirdilər.
İftarda Marneulinin yeni seçilmiş meri Zaur Darğallı çıxış edərək
bütün müsəlmanları qarşıdan gələn Ramazan bayramı münasibəti ilə
təbrik edib.