Gürcüstanda "Ramazan" bayramı qeyd olunur
Bu il Gürcüstanda Ramazan ayı 6, 7 may tarixlərindən başladı və bütün müsəlmanlar bu tarixdən etibarən niyyət edərək mayın 6-sı və 7-dən oruc tutmağa başladılar.

Ramazan ayında bütün müsəlmanlar bir ay ərzində oruc tutur, ibadətlər edirlər.

Bu il Ramazan bayramı Şəvval ayının 1-i, iyun ayının 4-nə təsadüf edəcəyi bildirilmişdi. Lakin Ramazan bayramı bəzi ölkələrdə 4 iyun tarixində qeyd edilsə də, bəzi ölkələrdə 5 iyun tarixlərində qeyd olunacaq.

Qeyd edək ki, Gürcüstanın Prezidenti Salome Zurabişvili bu gün 4 iyun tarixində Cümə məscidinə gedərək bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib.

Xatırladaq ki, Islam dinin müqəddəs bayramları içərisində “Orucluq” bayramı mühüm yer tutur. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar oruc tutmaqla ifadə olunur.

Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olmuşdur. Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.

Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3-5) Ramazan bayramının məqsədlərindən biri də müsəlmanların toplanması və görüşməsidir.

Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışmasıdır.

Bayramda kasıblar və yoxsullar da sevindirilməlidir. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google