Marneulidə sınaq imtahanları keçirildi
Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə
vahid milli imtahanlara qeydiyyatdan keçmiş abituriyentlər üçün
sınaq imtahanları təşkil olundu. Sınaq imtahanları 9 iyun tarixində
Marneuli şəhərində yerləşən "Ata Holding" idman kompleksində baş
tutdu.
İmtahan, Marneuli Gənclər Mərkəzinin "Tolerantlıq, Vətəndaş Birliyi
və İnteqrasiyaya Dəstək Proqramı" (PİTA) və "SOCAR"-ın dəstəyi ilə
həyata keçirilir. İmtahanların keçirilməsində Qiymətləndirmə və
Milli İmtahanlar Mərkəzi və Marneuli Təhsil Resurs Mərkəzi də
iştirak edib. Sınaq imtahanlarında azərbaycandilli abituriyentlər
iştirak etdilər.
Bu haqda "Marneuli Gənclər Mərkəzi"nin direktoru Rəna Nurməmmədova
məlumat verdi. O, bildirdi ki, vahid milli imtahanlarda iştirak
etmək üçün mərkəzdə 850 nəfər abituriyent qeydiyyatdan keçib və
onların 650 nəfəri sınaq imtahanlarında iştirak ediblər. Rəna
Nurməmmədovanın sözlərinə görə, bu il sınaq imtahanlarında iştirak
etmək üçün daha çox abituriyent qeydiyyatdan keçib. Beləliklə bu
həftə ərzində "TEA HOUSE" Çay Evində sınaq imtahanlarının ikinci
hissəsi keçiriləcək və iştirak edə bilməyən abituriyentlər iştirak
etmə şansı qazanacaqlar. Mərkəzin direktoru sınaq imtahanlarının
artıq 7 ildir ki, keçirildiyini bildirdi.