"Qadın ictimaiyyətin incə bir varlığıdır, hansı ki, cəmiyyəti yaşamağa həvəsləndirir" - deputat qadına qarşı zorakılığa münasibət bildirdi
Son zamanlar
Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdə qadına qarşı
şiddət və zorakılıqlar baş verir.
Laqodexidə baş verən hadisə zamanı 16 yaşlı qıza qarşı 40 yaşlı İ.B
tərəfindən zorakılıq tətbiq olunmuş və məktəbli özü də bilmədən
uşaq dünyaya gətirmişdi. Daha bir zorlama hadisəsi isə Saqarecoda
24 yaşlı kişi tərəfindən 14 yaşlı qıza qarşı törədilmişdi.
Bu faktlarla bağlı araşdırmalara isə hadisələrin mətbuat tərəfindən
işıqlandırılmasından sonra başlandı.
Belə hadisələr yaşından asılı olmayaraq bütün cəmiyyətdə hər kəsin
qınaq obyektinə çevrildi. Zorakılıq hadisələrinin baş verməsi ilə
bağlı Marneulidən olan Parlament üzvlərinin fikirləri də təbii ki,
hər kəsə maraqlı gəlirdi. Dövlət adamlarının belə bir məsələyə
qarşı laqeyd yanaşması, sakit olması cəmiyyətdə birmənalı
qarşılanmırdı.
Bu səbəbdən "Marneuli" radiosu Marneulinin majoritar deputatı
Ruslan Hacıyevlə əlaqə saxlayaraq onun da bu hadisəyə münasibəti
ilə maraqlandı.
Ruslan Hacıyev mövzuya ilk olaraq bu ifadə ilə başladı –
"Qadına qarşı şiddət dözülməzdir, qəbul edilməzdir, əlbəttə
insan bu fikri qəbul edə bilməz, qadın anadır"
Ruslan Hacıyevin sözlərinə görə, nəinki qadına, cinsiyyətindən
asılı olmayaraq kiməsə qarşı zor tətbiq edən hər kəs dövlət
orqanları tərəfindən məsuliyyətə cəlb olunmalı və onlara qarşı
müvafiq cəzalar tətbiq olunmalıdır. Hacıyev onu da əlavə etdi ki,
əgər bir hadisə baş verirsə cinayətkar mütləq ki, cəzasız
qalmamalıdır.
Deputatın sözlərinə görə, qadına şiddət tək Gürcüstanda deyil bütün
dünyada baş verir, bu istər terror şəklində, istər zorakılıq
şəklində və belə olduğu halda sadəcə dövlətin hüquq mühafizə
orqanları ciddi şəkildə çalışmalıdır. O, onu da əlavə etdi ki,
hüquq mühafizə orqanları hadisə olmazdan əvvəl müəyyən tədbirlər
görərək ictimai məsələlərə biganə qalmamalıdır. Ruslan Hacıyev qeyd
etdi ki, dövlət orqanları öz işlərini müvafiq şəkildə yerinə
yetirir.
Hacıyevin sözlərinə görə, zorakılığa qarşı kəndlərdə də görüşlər
keçirmək lazımdır, hadisənin təkrar olmaması üçün çalışmaq lazımdır
və bununla bağlı Hacıyev və digər dövlət adamları da
maraqlanır.
"İnanıram ki, bunun üzərində daha çox səylər göstərsək cəmiyyət də
buna hazır olmalıdır hər zaman QHT-lər bunla məşğul olmalıdır və
eləcə də biz, dövlət məmurları da hər zaman hazır olmalıyıq ki,
belə hadisələr baş verməsin - deyə Hacıyev bildirdi
Erkən evlilik mövzusuna da toxunan Hacıyev son illərdə Kvemo
Kartlidə erkən evlilik probleminin aradan qaldırıldığını və bu
göstəricinin azaldığını dedi.
Sonda o, qeyd etdi ki, bu hadisə Marneulidə, eləcə də kəndlərdə
böyük hiddət yaratdı. Onun sözlərinə görə, heç bir insana, ən əsası
da qadına əl qaldırılmamalıdır, qadın anamız, bacımızdır. Qadın
ictimaiyyətin incə bir varlığıdır, hansı ki, cəmiyyəti yaşamağa
həvəsləndirir.