Şaban Məmmədov Qran-Pri mükafatına layiq görüldü - VİDEO
Bu
gün, 14 iyun tarixində Marneuli Mədəniyyət evində "Sxva Sakartvelo
sad aris" adlı festivalın finalı keçirilib.
Festivalda münsiflər, iştirakçılar və dövlət məmurları iştirak
edirdilər. "Sxva Sakartvelo sad aris" adlı festivalda Marneulini
təmsil edən gənc müğənni Şaban Məmmədov finalda ifa etdiyi "Herio
Bicebo" mahnısı ilə yüksək bal toplayaraq "Qran-Pri" mükafatına
layiq görülüb.
6, 7 və 8 iyun tarixlərində festivalın birinci, ikinci və üçüncü
turu baş tutub. Şaban Məmmədov 1-ci turda münsiflərin hər üçündən
10 bal toplayaraq ikinci tura keçmə şansı qazanıb.
Məmmədova "Qran-Pri" mükafatını Marneulinin yeni meri Zaur Darğallı
və tanınmış müğənni Temur Tsiklauri təqdim edib.
Onu da qeyd edək ki, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili
Şaban Məmmədovu xüsusi diplomla təltif edib.
Xatırladaq ki, festivalda Marneuli, Sacxere, Rustavi, Zalqa,
Bolnisi, Qori və Axaltsixedən olan yarışmaçılar iştirak
edirdilər.