Marneulililər ay ərzində ən çox nəyə pul xərcləyirlər - Sorğu
Marneuli sakinləri hər il aylıq gəlirlərindən və xərclərindən şikayətlənirlər.
Marneulidə keçirdiyimiz sorğu zamanı sakinlərin bir ay ərzində daha çox nəyə və nə qədər pul xərclədikləri ilə maraqlandıq. Sakinlərin əksəriyyəti qida məhsullarına, geyime, dostlarla gəzməyə, övladlarının hazırlıq kurslarına pul xərclədiklərini dedilər. Bu məbləğ 1 ay ərzində 300 laridən başlayaraq 500 lariyədək dəyişir.Marneulilər onu da qeyd etdilər ki, onlar aylıq gəlirlərini qarşılaya bilirlər və ehtiyacları qarşılamaq üçün bir o qədər də çətinlik çəkmirlər.

Marneuli sakininin sözlərinə görə, 3 nəfərlik ailədə ay ərzində 200-300 lari xərci çıxır.




Dünya ölkələrində insanların xərclərinə nəzər yetirdikdə xərclərin dəyişdiyini görmək olur.

Məsələn, Yaponiyada 4 nəfərlik ailə üçün həftəlik bazarlıq etməyə 320 dollar, Çində 155 dollar, Fransada 420 dollar, Avstraliyada 380 dollar xərcləyirlər. Amerikalılar işdə olarkən fast food yeməklərinə pul xərcləməsələr, 4 nəfərlik ailə üzvləri üçün həftəlik ərzaq məhsullarına 340 dollar çatar. Almanlar da yeməklərinə az pul xərcləmirlər. Ailə başçısı 4 nəfərlik ailə üzvlərinə bir həftəlik bazarlıq edəndə 500 dollardan artıq pul Polşada təxminən 180-200 dollar xərcləməklə 4 nəfərlik ailənin həftəlik ərzaq tələbatını ödəmək mümkündür. Ekvadorda evin kişisi həftədə 35 dollar qazana bilirsə, 10 nəfərlik ailəsinə bir həftəlik bazarlıq etməsi problem deyil. Daha çox banan, kartof, kələm və digər meyvə tərəvəzlərə üstünlük verən Ekvador sakinlərinə həftəlik ərzaq məhsulları üçün 35-40 dollar bəs edir.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google