Kür çayının Kosalı hissəsində sahil bərkitmə işləri həyata keçiriləcək
Kür çayında suyun səviyyəsinin artması hər il Kosalı kənd sakinləri üçün böyük təhlükələr yaradır. Suyun səviyyəsinin qalxması kənddə salınmış qəbiristanlığı, sakinlərin əkin sahələrini və çaya yaxın olan evləri təhlükə altında qoyur. Sakinlərin bu problemi illərdir ki, bitmək bilmir.

Kəpənəkci inzibati ərazi vahidliyinin nümayəndəsi Asif Yüzbaşov “Marneuli” radiosu ilə müsahibəsi zamanı bu problemin yaxın günlərdə aradan qalxacağını bildirdi. Onun sözlərinə görə, yerli deputatlar, Marneuli meri Zaur Darğallı və mer müavini Laşa Lobjanidze dəfələrlə kənd sakinləri ilə görüşlər keçirərək məsələ ilə maraqlanıblar. Kəndlilərin meriyaya müraciəti əsasında hal-hazırda kənddə işlərin başlaması üçün texnika göndərilib.

Birinci Kosalı kəndində Kür çayının sahil bərkitmə işlərinin yerinə yetirilməsi üçün Marneuli meriyası 2 aprel tarixində tender elan edib. Tenderə əsasən sahil bərkitmə işləri üçün 1 300 000 lari ayrılıb. Layihə üçün məbləğ Gürcüstanın Regional İnkişaf Fondundan ayrılıb.

Meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, indiki mərhələdə işlər üçün hazırlıq işləri görülür və işlərin görüləcəyi yerə xüsusi texnika aparılıb.

Print ელ. ფოსტა
თეგები: Kesalo Marneuli Marneulifm
FaceBook Twitter Google