Təbii fəlakətdən sonra Kirəç Muğanlı kəndində evlər su altında qaldı - Video
17:55 / 14.07.2019
Ötən
gün, 13 iyul tarixində Marneulinin Kirəç Muğanlı kəndində təbii
fəlakət nəticəsində kənd sakinlərinin evi su altında qalıb. Sel
evlərin zirzəmilərinə dolub, sakinlərin əkin sakinlərinə ziyan
edib.
Marneuli radiosu ilə müsahibəsi zamanı sel nəticəsində evinə ziyan
dəyən kənd sakinin sözlərinə görə, su evin zirzəmisinə dolub, əkin
sahəsindəki bitkiləri məhv edib və onların həyətlərindəki ev
quşları da sel altında qalıb. Kənd sakini deyir ki, Marneuli meri
Zaur darğallı bu gün Kirəç Muğanlı kəndində olub və onların da
evlərinə gələrək dəyən ziyanla maraqlanıb.
"Ziyanı necə qarşılayım bilmirəm. Səhər Zaur Darğallı gəlmişdi
dəyən ziyanla maraqlandı. Həyətdəki ev quşlarını da sel apardı.
Evdə 70 cücə, 20 qaz, 15 ördəyimiz var idi hamısını sel apardı.
Həyətdə mətbəximiz var ora da suyun içində qaldı, soyuducu təmiz
suyun içindədir. Yolda, maqazində bərbərxanamız var ora da yararsız
vəziyyətə düşüb" - təbii fəlakət zamanı evi su altında
qalan kənd sakini deyir.
Xatırladaq ki, ötən gün güclü yağış və külək zamanı kənddəki
evlərin hasarları, kəndə yeni çəkilən qaz boruları uçub və ağac
qırılaraq avtomobillərin üzərinə aşmışdı.