Kvemo Kartlidə erkən nigahın pozulmasaı halı qeydə alınıb
Kvemo Kartli regionunda (bələdiyyəni bilərəkdən qeyd etmirik) erkən evlilik halı pozulub. Məlumatı Xalq Müdafiəçisinin Kvemo Kartlidə Regional nümayəndəsi Mariam Qvidiani öz Facebook səhifəsində yayımlayıb və faktı uğurlu hadisə olaraq adlandırır.



Mariam Qvidianin “Marneuli” radiosuna verdiyi müsahibəsində qeyd etdiyinə görə, erkən evlilik haqqında məlumat ona gizlin verilib və bundan sonra işə Sosial Xidmət Agentliyi və Daxili İşlər Nazirliyi qoşulub. Onların çalışması əsasında nəticə əldə olundu.

Mariam informasiya vakuumunu vacib problem olaraq qeyd edir və bundan dolayı ailə mövcud qanunlar haqqında heç nə bilmirmiş. Onların izahatından sonra isə məsələni başa düşüblər. Daxili İşlər Nazirliyindən faktə təsdiq edirlər, ancaq ailənin maraqlarını qorumaq baxımından əlavə məlumat vermək istəmirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google