Marneulinin bəzədilməsinə ötən illə müqayisədə 10 dəfə artıq pul xərclənəcək
Meriya Marneulinin bəzədilməsinə ötən illə müqayisədə 10 dəfə artıq pul xərcləyəcək. Misal üçün, ötən il Yeni il üçün bəzək alınması və şəhərin bəzədilməsi üçün 25 719 lari dəyərində tender elan olunmuşdusa, bu il eyni məqsədlə elan olunmuş tenderin dəyəri 247 000 lari təşkil edir. Tenderin şərtlərinə görə Marneulidə 2020-ci ili qarşılamaq üçün müxtəlif yerlərdə yeni il çilçıraqları quraşdırılacaq.
  1. Fəvvarə və fəvvarənin ətrafının yeni il işıqları ilə bəzədilməsi.
  2. Körpünün yeni il işıqları ilə bəzədilməsi
  3. Rustaveli küçəsinin yeni il işıqları ilə bəzədilməsi
  4. Meriya binasının yeni il işıqları ilə bəzədilməsi
  5. Meriya binası qarşısında şam ağacının yeni il işıqları ilə bəzədilməsi
  6. Mədəniyyət evinin yeni il işıqları ilə bəzədilməsi
  7. Mədəniyyət evinin qarşısındakı parkın yeni il işıqları ilə bəzədilməsi
Qeyd edək ki, 2019-cu ili qarşılamaq üçün meriya 55 000 lari xərcləmişdi ki, buraya da yeni il tədbirləri, yeni il şamının alınması və şəhərin bəzədilməsi daxil idi. Marneuli meriyasının yeni il bəzəklərinin alınması üçün vəsaitin təxminən 10 dəfə artırılmasına nə səbəb olub və bu il hansı xüsusi gözəlliklər təqdim olunacaq? “Marneuli” radiosu yerli özünüidarədən məsələnin təfərrüatları ilə bağlı məlumat alan kimi sizlərə təqdim edəcəyik.

Print ელ. ფოსტა
FaceBook Twitter Google