Marneulidə koronavirusa yoluxmuş şəxslə bağlı 1700 təmas müəyyən olunub

Səhiyyə eksperti Akaki Zoidzenin bildirdiyinə görə, Marneulidə koronavirusa yoluxmuş qadın kifayət qədər çox insanla təmasda olub.

Onun sözlərinə görə, hazırda ümumilikdə 1700-dək onunla təmasda olmuş şəxs müəyyən edilib. Bu barədə məlumatı İctimai Kanal yayımlayıb.

“Marneuli və Bolnisidə məsələ kifayət qədər problemlidir, çünki çox insanla təmasda olub, hazırda bu rəqəm 1700-dək yüksəlib. 90 nəfər daha sonra 1700 nəfərədək adamla təmasda olub və onların hamısının təcrid olunması lazım gələcək”, – Akaki Zoidze bildirib.

Marneulidə 60 yaşlarında qadında 22 mart tarixində koronavirus aşkarlanıb. O, hazırda Tbilisi Universitet Klinikasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat 00:30-da baş tutan brifinqdə bildirib. Hökumət bu qərarı Marneulidə bir qadında koronovirus halının təsdiqlənməsinə görə qəbul edib və onun yoluxma mənbəyi müəyyən edilməyib.

 


 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google