Marneulidə bir qrup könüllü gənc kəndlərdə görüşlər keçirərək sakinləri koronavirusla bağlı məlumatlandıracaqlar
Marneulidən olan bir qrup könüllü gənc kəndlərdə görüşlər keçirərək sakinləri koronavirusla bağlı məlumatlandıracaqlar.

Görüş zamanı gənclər sakinlərə koronavirus təhlükəsi haqqında danışacaq və ölkənin son vəziyyəti ilə bağlı məlumat verəcəklər. Qrupun təsisçisi Rəşan Ziyadəliyev “Gündəlik-Gürcüstan” səhifəsində canlı yayımı zamanı bildirdi ki, könüllü qrupda iştirak edən gənclər xüsusi geyim və maskalardan istifadə edəcəklər və sakinlərə ölkədəki vəziyyətin ciddi olduğundan danışaraq onlara evdə qalmağın daha təhlükəsiz olması ilə bağlı məlumat verəcəklər.

Ziyadəliyev bildirdi ki, BMT də onlara kömək edir və gənclər xüsusi fondlar tərəfindən geyimlər və kəndlərə yollanmaq üçün nəqliyyat ilə təmin olunacaqlar.

Onun sözlərinə görə, dövlət qurumlarına hər hansı məsələ üçün zəng edildikdə və qarşı tərəf dövlət dilini bilmədiyində azərbaycan dilində danışmalı olur. Bu zaman həmin şəxs dövlət dilini bilmədiyinə görə, öz fikrini düzgün şəkildə çatdıra bilmir. Ona görə də gənclər “Call Center” adlı qrup yaradıblar və ehtiyac olduğu halda gəncləri yönləndirərək orada xidmət göstərmələri üçün imkan yaradıblar. Ziyadəliyev bildirir ki, hazırda iki nəfər könüllü gənci 112-ki xidmətinə yönləndiriblər. Şənhəyat Sadiqova və Aytən Yusibova iki həftə ərzində xidmətdə çalışacaqlar.

Rəşan Ziyadəliyev koronavirus təhlükəsi haqqında danışaraq əhaliyə məsuliyyətli olmalarını və evdə qalaraq özləri ilə birlikdə ətrafdakı insanları da qorumalarının vacib olduğunu bildirib.

Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Qeyd olunan qərar Marneulidə bir qadının koronavirusa yoluxmasından sonra verilib.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google