“i-Link” internet provayder şirkəti koronavirus təhlükəsinə görə müvəqqəti olaraq xidmətini dayandırıb
“i-Link” internet provayder şirkəti koronavirus təhlükəsinə görə, Tetritskaro (Ağbulaq), Bolnisi və Dmanisi rayonlarında yaşayan abunəçilərinə və eləcə də internet xətti çəkdirmək istəyənlərə müvəqqəti olaraq xidmət göstərə bilməyəcək.

Bu barədə “Marneuli” radiosu ilə müsahibəsi zamanı “i-Link”-in direktoru Samir Rəhimov məlumat verdi.

Onun sözlərinə görə, hal-hazırda ofisdə operator xidməti fəaliyyətini davam etdirir və operator tərəfindən gələn zənglər qəbul olunaraq abunəçilərə lazımi xidmətlər göstərilir. Lakin Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejimində olduğu üçün yollar bağlandığından şirkət Tetritskaro, Bolnisi və Dmanisi bələdiyyələrinə xidmətlərini müvəqqəti olaraq dayandırıb.

Rəhimov bildirdi ki, Nazirlikdən onlara yardım edərək internet qüllələrinin yoxlanılması və nəzarət altında olmasını istəyirlər. O, düşünür ki, Tbilisidən “i-Link” şirkətinə kömək olsa, qüllələr daimi nəzarətdə olacaq və abunəçilərə internetin paylanılmasında heç bir problem yaranmayacaq.

Şirkətin direktoru həmçinin “i-Link”-də çalışanların hər birinin qayda-qanunlara uyğun şəkildə əlcək və tibbi maskalardan istifadə edərək işlərini davam etdirdiyini dedi.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google