Marneuli məktəblərində nə qədər boş yer qalıb – birinci siniflərin qeydiyyatının III mərhələsi başa çatıb

Marneuli bələdiyyəsinin ictimai məktəblərində birinci siniflər üçün 1587 boş yer qalıb.


Bələdiyyə miqyasında ictimai məktəblərdə ümumilikdə 3 217 yer var. Məlumatlar Təhsil Nazirliyinin rəsmi veb-səhifəsində yayımlanb. İndiki mərhələdə 1630 yer dolub.

Demək olar ki, əsas qeydiyyat mərhələsinin (III ümumi qeydiyyat) başa çatmasına baxmayaraq boş qalan yerlərin sayı olduqca çoxdur. Birinci siniflərin qeydiyyatının sonuncu mərhələsi qalıb. İndiki mərhələdə boş/vakant yerlərə I, II və III mərhələdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qəbul olunacaq.

Təhsil Nazirliyinin rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumata görə, Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində indiki mərhələdə birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib. Məktəbdə isə 25 boş yer var.

Bəzi məktəblərdə – Saimerlo kənd ictimai məktəbi (25 şagird – gürcü sektoru), Marneuli 2 saylı ictimai məktəbi (60 şagird – gürcü və rus sektoru), Marneuli 5 saylı ictimai məktəbi (75 şagird – gürcü sektoru), Marneuli 6 saylı ictimai məktəbi (150 şagird – gürcü və rus sektoru), Təkəli ictimai məktəbinin (30 şagird – azərbaycan sektoru) şagird qəbul etmə limiti artıq dolub

Birinci siniflərin qeydiyyatının üçüncü mərhələsi (ümumi) 2 iyun tarixində başlayıb və, 25 iyun tarixinə qədər davam edib. 5 iyula qədər sənədləri təqdim etmək mümkündür.

Marneuli miqyasında 74 ictimai məktəb fəaliyyət göstərir.

Qeydiyyat təhsilin idarəsi məlumat sisteminin rəsmi veb-səhifəsində, registration.emis.ge.-də həyata keçirilir. Elektron qeydiyyatı valideyn/qanuni nümayəndə edir. Müəyyən edilmiş vaxt ərzində sənədlər təqdim olunmadığı halda qeydiyyat avtomatik olaraq ləğv olunur.

IV mərhələdə birinci siniflərin qeydiyyatı və sənədlərin təqdim olunması 20 avqustda başlayacaq və 10 sentyabra qədər davam edəcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google