Parkda istirahət etmək üçün evdən gətirilmiş oturacaq - vətəndaşın iki illik etirazı (VİDEO)
17:35 / 06.07.2020
“Yeni Gürcüstan” partiyasının Marneuli təşkilatının sədri Fuad
Qəhrəmanov artıq ikinci ildir ki, meriya tərəfindən
Marneulinin mərkəzi küçəsində yerləşən Cavaxişvili adına parka
oturacaqların qoyulmasını gözləyir.
Məhz iki il əvvəl, 2018-ci ilin 6 iyul tarixində “Marneuli” radiosu
material hazırlamışdı və həmin vaxt Qəhrəmanov bildirmişdi ki,
meriyadan parka oturacaqların qoyulmasını tələb edir. Parkda hələ
də oturacaqlar yoxdur.
Cavaxişvili parkında illərdir fəvvarə işləmir. Parkın bir
hissəsində piltələr digər tərəfində isə “amfiteatr” xarab olub və
park uşaqlar üçün təhlükə yaradan daş piltə qırıqları ilə
doludur.
Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, bələdiyyədə parklara
xidmət üçün xüsusi işçi qrupu yaradılıb. Bələdiyyədə bütün
parkların mərhələli şəkildə qurulması planlaşdırılır.
Meriyanın verdiyi məlumata görə Cavaxişvili adına park haqqında
məlumat almaq üçün yazılı müraciət etmək lazımdır. Rəsmi məlumat
aldıqdan sonra Cavaxişvili parkının nə zamana kimi oturacaqsız və
fəvvarəsiz qalacağı məlum olacaq.