Hökumət üzümə subsidiya ayıracaq — “Rkatsiteli” və “Kaxuri mtsvane” üzüm növünün minimal qiyməti 80 tetri olacaq

Gürcüstan hökumətinin qərarı ilə bu il “Rtveli”nin (üzüm yığımı) subsidiyalaşdırılması yenə həyata keçiriləcək və “Rkatsiteli” və “Kaxuri mtsvane” üzüm növünün minimal qiyməti 80 tetri olacaq.


Bu barədə Baş nazir Qiorqi Qaxaria hökumətin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, artıq büdcə ayrılıb və Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verilib. Qaxarianın sözlərinə görə, lazım olan halda alqı-satıya dövlət də müdaxilə edəcək.

“Hamı bilir ki, hökumətin böhrana qarşı planının məqsədlərindən biri kənd, fermer və gürcü kəndlisi idi. Gürcü kəndlisinin gücləndirilməsi üçün hər şey etdik... Hamı son illərdə üzümçülüyün və şərabçılığın inkişaf etdiyini görür. 2019-cu il rekord ili idi. Gürcüstandan 94 milyon şüşə şərab ixrac edildi. Daxili istifadə də artırdı. Ümumiyyətlə 2012-ci ildə şərabçılıq gürcü ixracatında 2,5% idi, bu gün isə 6%-dir. Bu olduqca ciddi inkişaf dinamikasıdır. Hökumət qərar qəbul edib və “Rtveli”nin, gürcü üzümünün, xüsusilə də “Rkatsiteli” və “Kaxuri mtsvane” növlərinin subsidiyalaşdıdırlması həyata keçiriləcək. Minimal qiymət 80 tetri olacaq”, — Qiorqi Qaxaria bildirib.
Mənbə: BM

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google