Marneuli bələdiyyəsinin üç kəndində küçə işıqlarının qurulması üçün tender elan olunub
Marneuli bələdiyyəsinin üç kəndində küçə işıqlarının qurulması planlaşdırılır.
Yerli özünüidarə Dəmyə Görarxı, Aşağı Saral və Qasımlıda küçə işıqlarının qurulması işlərinin alqı-satqısı üçün 249 669 lari dəyərində tender elan edib. Meriyanın maliyyə-büdcə şöbəsinin rəhbəri Vüqar Məmmədov bizimlə söhbəti zamanı bildirdi ki, Aşağı Saral və Dəmyə Görarıxda işıqlandırma yerli büdcədən maliyyələşdirilir. Qasımlıda isə maliyyə dövlət büdcəsindən ayrılıb.

Qeyd olunan tender Marneuli bələdiyyəsində bu gün, 5 avqust tarixində elan olunub. Tenderdə iştirak etmək istəyən şirkətlər 21 avqustdan 26 avqustadək təkliflərini təqdim edə bilərlər. Qalib gələcək şirkət işləri müqavilə bağlandıqdan 60 gün ərzində həyata keçirməli olacaq.
Print ელ. ფოსტა
FaceBook Twitter Google