Marneulinin "Gənc İdeyalar Müsabiqəsi"nə layihələrin təqim edilməsi 7 avqust tarixində başa çatır
2020-ci ilin 21 iyun tarixində Marneuli meriyası “gənc ideyalar müsabiqəsi” elan edib.

Müsabiqədə Marneulidə qeydiyyatdan keçmiş gənclər təşkilatları, təşəbbüs qrupları və maraqlanan gənclər iştirak edə bilər.

Bələdiyyədə ərizələrin qəbulu 7 avqust tarixində başa çatacaq. Meriyanın gənclərlə iş üzrə mütəxəssisi Mariam Tkeşelaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyədə 15-dən 20-yə qədər layihənin təqdim olunacağını gözləyirlər.

“Biz rəsmi sosial səhifələr və sayt vasitəsilə məlumat yaymaqdan əlavə bütün mülki fəallarla şəxsən əlaqə saxladıq. Yerli gənclər sektorunda vacib rol oynayan gənclərə bildirdik. Bundan əlavə kəndlərdəki gənclər mərkəzləri ilə əlaqə saxladıq. Onlar layihə təqdim etmək üçün işləyirlər”, – Mariam Tkeşelaşvili bildirdi.

Marneuli meriyasının gənclərlə iş üzrə mütəxəssisinin sözlərinə görə, hələ ki, müsabiqədə iştirak edənlərin sayı dəqiq məlum deyil, çünki müsabiqə üçün müraciətlərin qəbulu iki gündən sonra başa çatacaq.

“Əgər gənclər və ya təşkilatlar tərəfindən onlara layihə yazmaq üçün vaxtın kifayət etmədiyi barədə tələb gələrsə, fikrimcə, bu layihələri müzakirə edəcək şura vaxtın uzadılması məsələsini müzakirə edəcək. Ancaq indiki mərhələdə buna ehtiyac yoxdur və heç kim bununla bağlı müraciət etməyib”, – Mariam Tkeşelaşvili bildirdi.

Marneuli meriyası “gənc ideyalar müsabiqəsi” üçün 2020-ci ilin büdcəsindən 60 000 lari ayırıb. Hər layihənin maksimum dəyəri 3000 laridən artıq olmamalıdır. Müvafiq olaraq meriya 20 layihəni maliyyələşdirə bilər.

“Gənc ideyalar müsabiqəsi”-nə təqdim olunmuş layihənin, yaxud tədbirlərin ideyası sadalanan məqsədlərdən birinə uyğun olmalıdır:

1. Vətəndaşların məlumatlandırılması səviyyəsinin yüksəldilməsi və inteqrasiya;
2. Sağlam həyat tərzinin təbliği;
3. Ətraf mühitin mühafizəsi;
4. Bərabər imkanlar və xüsusi ehtiyacı olan gənclərə dəstək;


Maraqlanan şəxslər layihəni Marneuli meriyasının dəftərxanasına təqdim edə bilərlər. Eləcə də layihə üçün ərizəni meriyanın rəsmi elektron poçt ünvanına – This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it ə göndərə bilərlər.

Layihənin təqdim olunması müddəti 2020-ci ilin 7 avqust tarixinə qədərdir.




Print ელ. ფოსტა
FaceBook Twitter Google