Tamarisinin cüdo zalının tikinti işlərinin başa çatdırılması üçün elan olunmuş tender baş tutmayıb

Meriyanın elan etdiyi tenderdə iştirak edən yeganə şirkət – “Ba-ni” texniki sənədlərə görə uzaqlaşdırılıb. Tenderin dəyəri 408 452 lari təşkil edir.



“Tender komissiyası müəyyən edib ki, “Ba-ni” MMC tərəfindən yüklənmiş texniki sənədlər tender şərtlərinə uyğun deyil. Buradan irəli gələrək dövlət alqı-satqıları agentliyinin sədrinin 16/06/2017-ci ilin 12 saylı sərəncamının 32-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi əsasında “Ba-ni” MMC tenderdən uzaqlaşdırılsın”, – tender komissiyasının protokolunda yazılıb.

Qeyd edək ki, Meriya Marneuli bələdiyyəsinin Tamarisi kəndində cüdo zalının tikinti işlərinin alqı-satqısı üçün tenderi 2019-cu ilin 29 yanvar tarixində də elan etmişdi.

O zaman tenderdə “Anana” MMC qalib gəlmişdi və şirkət Marneuli meriyasına 777 777 lariyə zalı tikməyi təklif etmişdi. Yeni tenderin elan olunmasına “Anana” MMC ilə müqavilənin dayandırılmasına görə ehtiyac yaranıb. Yerli özünüidarədən bildirdilər ki, “Anana” şirkətinin qara siyahıya daxil edilməsi üçün lazımi sənədləri müvafiq orqana göndəriblər.

İndiki mərhələdə Tamarisi cüdo zalının yalnız “qara karkası” tikilib. Binanın hələ də dam örtüyü yoxdur.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google