Marneulinin keçmiş meri Temur Abazov hansı əmlaka sahibdir

Marneulinin keçmiş meri Temur Abazovun əmlak bəyannaməsinə görə, o, daşınmaz əmlak olaraq 2017-ci ildə Didube rayonunda aldığı mənzilə və 2013-cü ildə Moskva prospektində aldığı qaraja sahibdir.


Abazov Didube rayonunda, Tsereteli prospektində yerləşən 11,39 kv.m mənzili 17 000 dollara, Moskva prospektində yerləşən 26,73 kv.m qarajı isə 500 dollara alıb.

Abazov əmlak bəyannaməsini 2020-ci ilin 30 aprel tarixində yayımlayıb.

Marneulinin keçmiş merinin adına başqa daşınmaz əmlak yoxdur. Ancaq onun atası Abaz Abazov və anası Nanuli Abazova daşınmaz əmlaka sahibdirlər. Abaz Abazovun mülkiyyətində 2017-ci ildə 100 000 dollara alınmış, Vazisubanidə yerləşən 452 kv.m torpaq sahəsi, Moskva prospektində yerləşən 1991-ci ildə 800 dollara alınmış 51,74 kv.m mənzil, 1996-cı ildə 12 000 dollara alınmış 365 kv.m torpaq sahəsi və Vaşlicvaridə yerləşən yaşayış evi var. Temur Abazovun anasının mülkiyyətinə isə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən, 1992-ci ildə 7000 dollara alınmış 330 kv.m yaşayış evi və torpaq sahəsi və Kaspi rayonun Ferma kəndində 2012-ci ildə alınmış 2500 kv.m torpaq sahəsi daxildir.

Temur Abazovun həyat yoldaşının adına daşınan və daşınmaz əmlak yoxdur.

Abazov daşınan əmlak olaraq həmçinin, 2020-ci ildə 12 000 dollara alınmış Ford Fusion markalı avtomobilə sahibdir. Onun atası Abaz Abazov isə bu il 10 000 dollara alınmış Toyota Camry markalı avtomobilin sahibidir.

Qeyd edək ki, Marneulinin keçmiş meri Temur Abazovun 8 aylıq merlik dövründə onun əmlak bəyannaməsi ictimai idi. Dövlət Xidməti Brosunun qaynar xəttindən “Marneuli” radiosuna bildirdilər ki, Temur Abazov keçmişdə Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuna görə onun əmlak bəyannaməsi bağlı idi.

Temur Abazov mer vəzifəsində ilk dəfə 2018-ci ilin iyul ayının sonunda əmlak bəyannaməsi təqdim edib. Amma o, qeyri insani və alçaldıcı rəftara görə 14 iyul tarixində müttəhim kimi saxlanılıb.

Marneulinin keçmiş meri doqquz ay həbsdə qalıb və sonra girov qarşılığında azad olunub. Məhkəmə ona qarşı bəraət hökmü çıxarıb.
22 iyul tarixində Temur Abazov bir neçə mıtbuat vasitəsinə məlumat verib ki, ona “Gürcü Arzusunun” proporsional siyahısında yer tutmasını təklif ediblər və o, razılaşıb.

“Gürcü Arzusundan” Marneulinin keçmiş merinə proporsional siyahıya daxil olmaq təklifinin edildiyini inkar edirlər. “Gürcü Arzusunun” mətbuat xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, partiyada “bu məsələ müzakirə olunmayıb”.

“Marneuli” radiosu hələ də Temur Abazovla əlaqə saxlamağa çalışır. Ancaq o, bizim zəng və mesajlarımıza cavab vermir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google