Saat 17:00-a olan məlumata görə Marneulidə seçicilərin 37,79% seçkilərə gedib
Marneulinin 22 saylı dairə seçki komissiyasının məlumatına görə, saat 17:00-a olan məlumata əsasən seçki məntəqələrinə 37, 67% (37 807) seçici gedib və parlament seçkilərində iştirak edib.

2016-cı ilin parlament seçkilərinin saat 15:00-a olan məlumatına nəzər yetirsək, Marneulidə 32,3% (15070 qeydiyyatdan keçmiş seçici) seçici seçkiyə gedib və parlament seçkilərində iştirak edib.

Saat 15:00-da seçki məntəqələrinə 30,19% seçici gedib.

Saat 12:00-a olan məlumata görə 16,28% seçkidə iştirak edib.

Saat 10:00-a olan məlumata görə isə 5,69% seçkiyə gedib. 

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Marneuli və Qardabani majoritar dairəsində ümumilikdə 138 121 seçici qeydiyyatdan keçib.

13 saylı Marneuli və Qardabani majoritar dairəsində 122 seçki məntəqəsi yaradılıb. Bundan 31 seçki məntəqəsi Qardabanidə, 91 məntəqə isə Marneulidə yerləşir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google