5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar
olaraq inşa müsabiqəsi elan olunur.
İnşa müsabiqəsi Gülgün Məmmədxanovanın Marneuli meriyasının “Gənc
İdeyalar Müsabiqəsi”-ndə qalib gəlmiş “Tullantıları idarə et, ətraf
mühiti qoru” layihəsi çərçivəsində həyata keçirilir. Müsabiqə fəal
gənclər Gülgün Məmmədxanova və Rahib Seyidov tərəfindən təşkil
olunub.
İnşa müsabiqəsinin təşkilatçılarından Gülgün Məmmədxanova
“Marneuli” radiosu ilə söhbəti zamanı müsabiqə haqqında məlumat
verdi. O, müsabiqəyə qoşulan iştirakçıların ətraf mühitdə mövcud
olan problemlər haqqında inşa yazmalı olduqlarını bildirdi.
Məmmədxanova inşa yazarkən iştirakçıların onları narahat edən
ekoloji problemləri qeyd etmələrinin vacib olduğunu bildirdi.
Gülgün Məmmədxanovanın sözlərinə görə, bu mövzuda inşaların
yazılması nəticəsində gənclərdə ətraf mühitin qorunmasına qarşı
fikir formalaşır və nəticədə ətrafa atılan tullantıların miqdarı
azalır.
Müsabiqəyə 16-25 yaş arası şəxslər qoşula bilərlər. İnşa gürcü və
ya azərbaycan dilində yazılmalı və
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
elektron ünvanına göndərilməlidir. Müsabiqə zamanı ətraf mühitin
qorunması məqsədi ilə yaradılan “Yaşıl Düşüncə” səhifəsində 3 əsas
inşa seçilərək qalib olacaq.
Qaliblərdən ikisi “Facebook” da izləyicilər tərəfindən daha çox
bəyənildiyi halda seçiləcək. 3-cü inşa isə münsiflər tərəfindən
seçiləcək. Müsabiqə üçün inşaların qəbulu 30 may, saat 11:00-da
bitir. Yazılan inşalar “Yaşıl Düşüncə” adlı səhifədə 30 may, 14:00
tarixində paylaşılacaq. İnşaların bəyənilməsi isə 5 iyun, səhər
saat 11:00-dək davam edəcək. Qeyd edək ki, inşa 1000 sözdən artıq
olmamalıdır. Müsabiqənin sonunda qaliblərə müxtəlif növ simvolik
hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin sponsorları “Zero Effect” sosial
müəssisəsi və fiziki şəxs Anar Ağayarovdur.
Daha ətraflı linkə daxil olun.
https://www.facebook.com/ProtectEnvironment12/posts/248430470401292
The absolute URL of the post.
n/a
data-lazy
true means use the browser's lazy-loading mechanism by setting the loading="lazy" iframe attribute. The effect is that the browser does not render the plugin if it's not close to the viewport and might never be seen. Can be one of true or false (default).