Meriya Xixani kənd ambulatoriyasının bərpasını planlaşdırır
Marneuli meriyası Xixani kənd ambulatoriyası və Tserakvi inzibati binalarının bərpasını planlaşdırır. Yerli özünüidarə bərpa işləri üçün lazımı smeta sənədlərinin tərtib edilməsi üçün 4 661 lari dəyərində tender elan edib.

Merin Tserakvi inzibati ərazi vahidliyindəki nümayəndəsi İrakli Xaptani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, binanın əsas problemi yağışlar zamanı dam örtüyündən suyun sızmasıdır.

“Binaya su damır. Dam örtüyü təxminən 5-6 il əvvəl dəyişdirilib. Ancaq deformasiya olub, bir tərəfdən də su damır. Yanında ambulatoriya var, təchizatı orada saxlayırıq. Su damır deyə aça bilmirik”, – İrakli Xaptani bildirdi.

Meriyanın elan etdiyi tenderdə qeyd olunub ki, Tserakvi kəndinin inzibati binasında əsas işlər döşəmə və divarların bərpası olacaq. İşlərin təxmini dəyəri 20 000 laridir.
Xixani kəndində isə ambulatoriya binasının xarab olmuş dam örtüyü və döşəmənin bərpası, ayaqyolu üçün su anbarının tikilməsi planlaşdırılır. İşlərin təxmini dəyəri 12 000 laridir.

Marneuli bələdiyyəsinin Xixani kəndinin tibb məntəqəsinin və Tserakvi inzibati binasının bərpası işlərinin smeta sənədlərinin tərtib edilməsi üçün 10 may tarixində tender elan olunub. Tenderdə iştirak etmək istəyənlər 19 maydan 21 may tarixinə qədər təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 30 gün ərzində işləri həyata keçirməli olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google