Məhkəmə Tİ-ın Marneulidə iki seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi ilə bağlı tələbini təmin etməyib
“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın bəyanatına görə, Marneuli Dairə Seçki Komissiyası, Rayon və Apelyasiya Məhkəmələri təşkilatın Marneulidəiki məntəqənin nəticələrinin ləğv edilməsi ilə bağlı tələbini təmin etməyib.

Təşkilatın bildirdiyinə görə, Marneuli 7 və 13 saylı seçki məntəqələrində müşahidə missiyası çərçivəsində ağır pozuntular aşkarlanıb. Onlar arasında seçicinin bir neçə dəfə səs verməsi faktı da var.

“Bolnisi Rayon Məhkəməsində bu məsələni Qiorqi Qratiaşvili müzakirə edəcəkdi. Tbilisi Apelyasiya Məhkəməsində isə işin hakimləri İrina Zarkua, Tea Dzimistaraşvili və Nana Çiçileişvili olub. Dairə Seçki Komissiyası hər iki instansiya məhkəmələri üçün pozuntunu əks etdirən video dəlillər şikayətin təmin olunması üçün yetərli olmayıb”,
– TI-ın bəyanatında qeyd olunub.

TI-ın məlumatına görə, ümumilikdə, Dairə Seçki Komissiyaları və müxtəlif İnstansiya Məhkəmələri “Beynəlxalq Şəffaflıq – Gürcüstan”-ın heç bir mühüm şikayətini təmin etməyib. Təşkilatın müşahidəçiləri seçki günü və sonrakı dövrdə seçki komissiyalarına 42 şikayət yazıb. Təşkilat Rayon Məhkəmələrinə 7 şikayət ərizəsi verib.

Bir halda isə birinci instansiyanın qərarını Apelyasiya Məhkəməsinə şikayət edib. Təşkilatın tələblərindən ümumilikdə, beşi, 4 şikayət və 1 məhkəmə şikayəti təmin olunub. Həmin şikayətlərdə seçki administrasiya üzvlərinə qarşı nizam-intizam tədbirləri görülməsi tələb olunurdu. TI –ın Marneulinin iki məntəqəsinin nəticələrinin ləğv edilməsi tələbi təmin edilən şikayətlər arasına düşməyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google