Marneuli bazarında baş vermiş yanğının səbəbi və dəyən ziyanın
miqdarı hələ ki, məlum deyil.
Bazar rəhbərliyindən “Marneuli” radiosuna bildirdilər ki, ziyanın
hesablanması bitməyib və yekun cavab güman ki, 3-4 günə olacaq.
Onlar alovun qarışıq mağazaların birindən yayıldığını güman
edirlər.
“Ekspertizadan gəlmişdilər, araşdırma aparılır. Onların
dediyinə görə, təxminən 3-4 günə nəticə çıxarılacaq. Ona qədər isə
biz heç nə deyə bilmərik. Təxmini səbəb də qeyd edə bilmərik.
Qarışıq mağazalardan biri qapalı idi və güman ki, alov oradan
yayılıb”, – Erekle Naveriani bildirdi.
Marneuli bazarında yanğın 20 oktyabr tarixində, axşam saatlarında
baş verib. Hadisə nəticəsində 9 mağaza yanıb. Onlardan 7 qab-qacaq,
2 isə paltar mağazasıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 187-ci
maddəsi ilə istintaq aparılır. Həmin maddə əşyaya ziyan vurma və ya
məhv etməni nəzərdə tutur.