Koronavirusa yoluxma sayının artmasına görə Tamarisi məktəbi distant rejimə keçib

Koronavirus hallarının qeydə alınmasına görə, Marneuli bələdiyyəsinin Tamarisi kənd ictimai məktəbi bu gündən onlayn təhsil rejiminə keçib.


Bu barədə Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bildirdi. Onun sözlərinə görə, məktəbin beş şagirdində və iki pedaqoqda kovid aşkarlanıb.

Müxtəlif siniflərdən yoluxanlar var və bütün məktəblə təmasda olublar. Ona görə də məktəb İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadzenin göstərişi əsasında  onlayn rejimə keçdi. Qeyd olunan məktəbdə hələ də araşdırma prosesi aparılır”, – Davadze bildirdi.

Bu günə olan göstəricilərə görə, Marneuli 2 saylı və Tamarisi ictimai məktəbləri tamamilə onlayn rejimə keçib. Kosalı, eləcə də şəhərin 7 və 8 saylı məktəblərinin ayrıca sinifləri də onlayn rejimə keçib.

Marneuli bələdiyyəsi miqyasında ümumilikdə 74 ictimai və 2 özəl məktəb fəaliyyət göstərir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google