Marneuli meriyası bir kondosionerin təmirinə 550 lari ödəyib
Marneuli meriyası bir kondisionerin təmirinə 550 lari ödəyib. Yerli özünüidarə sıradan çıxmış kondisionerin təmirini sadələşdirilmiş qaydada həyata keçirmək qərarına gəlib və fərdi sahibkar Elmar Məmmədovla müqavilə bağlayıb. Tenderə görə, cihazın platası və mühərriki işə salan avtomat yanıb.

"Xatırladaq ki, Marneuli meriyasında, böyük zalda kondisioner sıradan çıxıb (GALANZ 5,5 kv) və təmirə ehtiyac var. Platası və mühərriki işə salan avtomat sıradan çıxıb. Xahiş edirik, müvafiq xidmətə tapşırıq verəsiniz ki, müqavilə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin",
– sadələşdirilmiş müqavilədə yazılıb.

Qeyd edək ki, xidmət müqaviləyə imza atılan gündən 2 fevrala qədər həyata keçirilməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google