Marneuli “Kənd Suları” MMC-nin rəhbəri Nəbi Abdullayev
vəzifəsini tərk edib.
Marneuli meriyasının balansında olan şirkətə indi Akif Əliyev
rəhbərlik edir. Abdullayev bizimlə söhbəti zamanı bildirdi ki,
işini öz istəyi əsasında tərk edib. Onun sözlərinə görə,
fəaliyyətini biznesdə davam edəcək.
“İndi heç yerdə işləmirəm. Mənim başqa işlərim var və onlarla
məşğulam. Vəzifəmi öz istəyimlə tərk etmişəm,
indi mənim yerimə
Akif Əliyev təyin olunub. İşlərim çoxdur, şəxsi biznesim var və
çatdırmıram deyə vəzifəmi tərk etdim”.
Nəbi
Abdullayevin vəzifəsini tərk etməsinin meriyada aparılan islahatla
bir əlaqəsi var, ya yox – bu məlum deyil.
Marneuli su və kanalizasiya sisteminin tikinti işləri davam
etdirilir.
8 sentyabrda “Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti” məlumat
yayımlayıb ki, layihənin davam etdirilməsi ilə bağlı müqavilə artıq
bağlanıb.
“Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti” Marneulinin su və
kanalizasiya, eləcə də Bolnisinin kanalizasiya sisteminin,
kollektorun tikintisini davam etdirir. Layihəni beynəlxalq tenderdə
qalib gəlmiş iki şirkət həyata keçirəcək.
Marneuli su və kanalizasiya sistemi, Bolnisinin kanalizasiya
sisteminin tikinti işləri 6 müstəqil layihə olaraq həyata
keçiriləcək. Birləşmiş Su Təchizatı şirkətinin bəyanatında qeyd
olunub ki, şirkətlər işləri 15 aya başa vurmalıdırlar.
Layihə
Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və
bunun üçün 47 003 251 dollar ayrılıb.
Rus xidmətlərindən, kompüter proqramları və
aplikasiyalarından istifadə Gürcüstan vətəndaşları üçün
təhlükəlidir.
Kibertəhlükəsizlik
üzrə mütəxəssis Andro Qotsiridze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, rus məhsullarından istifadə etmək Gürcüstan
vətəndaşları üçün, xüsusilə də dövlət məmurları üçün təhlükəlidir.
Çünki Rusiyada Kreml siyasəti və biznes arasında hədd silinib.
“Hər hansı kompüter xidməti istifadəçisi, eləcə də onun həminki
məqamdakı yeri, hobbi, onun getməli olduğu yerlər haqqında şəxsi
məlumat toplayır. Eləcə də istifadəçinin icazəsi olmadan video
kamera və audio mikrofonun qeydiyyatı aktivləşdirilə, sanksiya
olmadan rus xüsusi xidmətçilərinə verilə bilər.”
Andro Qotsiridzenin sözlərinə görə, bir neçə ölkə artıq rus
servislərindən, kompüter proqramları və aplikasiyalardan istifadəni
qadağan edib. Amerika Birləşmiş Ştatları ölkənin dövlət ektorunda
rus proqramlarının fəaliyyətini tamamilə qadağan edib. Çünki
kasperski virusu dövlət məmurlarından məlumat oğurlayırmış.
Litvanın Müdafiə Naziriyinin kiber təhlküəsizlik mərkəzi də dövlət
məmurları rus proqramlarından istifadədən çəkinmək məqsədi ilə
xəbərdarlıq edib. Çünki onlar məlumat əldə edir və Rusiyaya
göndərirlər.
2022-ci ilin 1 yanvarından ölkə miqyasında torpağın sistemli
qeydiyyatına başlanılıb.
Gürcüstan
Ədliyyə Nazirliyinin İctimai Reyestr Milli Agentliyi
2022-2024-cü illərdə Gürcüstanın bütün bələdiyyələrində (İşğal
edilmiş ərazilərdən və özünüidarə şəhərləri: Tbilisi, Batumi,
Kutaisi, Rustavi, Poti başqa) sistemli qayda ilə mərhələli şəkildə
ölçəcək və özəl, dövlər və ya bələdiyyə əmlakı olan torpaq
sahələrini qeydiyyatdan keçirəcək. İslahat ölkənin 10000-dən artıq
inzibati vahidliyini əhatə edir. Məlumat vermək üçün 7 sentyabrda
Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyetsr Milli Agentliyi
Marneulidə torpağın sistemli qeydiyyat islahayı məsələləri ilə
bağlı vətəndaşlarla görüş küçirib. İstəyi olanlara yerində
SLR.napr.gov.ge veb-portalında qeydiyyatdan keçmək şəriti
yaradılıb.