Marneulidə “Şotaoba” qeyd olunub
21 noyabr tarixində Marneulidə “Şotaoba” qeyd olunub.

Meriya və Bələdiyyə Məclisinin əməkdaşları Şota Rustavelinin heykəli önünə əklil, çiçəklər qoyublar.


Tədbir Marneuli İctimai Kitabxanasında keçirilib. Tədbirdə Marneuli şəhər 6 və 8 saylı məktəblər iştirak edib. 6 saylı ictimai məktəbin gürcü dili və ədəbiyyat müəllimi Nana Çubinidze iştirakçılara Şota Rustaveli haqqında danışıb. Şagirdlər “Pələng dərisi geymiş pəhləvandan” hissələr oxuyublar.



Marneuli Bələdiyyə Məclisi “Şotaoba” bayramının qeyd olunmasını 2021-ci ilin 6 avqustunda dəstəkləyib. Bayramın təsis edilməsi təşəbbüsünü Bələdiyyə Məclisi iclasında meriyanın Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsinin rəhbəri Elquca Kupatadze təqdim edib. O, qeyd edib ki, “Şotaoba” xalq bayramı bələdiyyədə hər ilin 20 noyabrında qeyd olunacaq.

Qeyd edək ki, Marneulidə Şota Rustaveli abdiəsinin rəsmi açılışı 2021-ci ilin 24 noyabrında baş tutub. Heykəlin alınması və ucaldılması bələdiyyəyə 112 520 lariyə başa gəlib.


Print ელ. ფოსტა
თეგები: Marneuli Rustaveli Şotaoba
FaceBook Twitter Google