Marneulidə 191 evsiz ailə qeydiyyatdan keçib
2021-ci ilin göstəricilərinə görə, Marneuli bələdiyyəsi miqyasında 222 evsiz ailə qeydiyyatdan keçib.

Onlardan hazırda 31-i yaşayış yeri ilə təmin olunub. 191 ailə isə hələ də evsiz statusu daşıyır. Xalq Müdafiəçisi Aparatının Kvemo Kartli ofisinin baş mütəxəssisi, Gürcüstan Xalq Müdafiəçisinin Kvemo Kartli üzrə nümayəndəsi İrma Mçedlidze “Marneuli” radiosu ilə söhbəti zamanı Xalq Müdafiəçisinin 2021-ci il hesabatı ilə əlaqədar bildirdi ki, Marneulidə indiki mərhələdə sosial mənzil fəaliyyət göstərmir.

“2015-ci ildə Marneulidə 222 evsiz ailə qeydiyyatdan keçib. Onlardan 31 ailə yaşayış yeri ilə təmin edilib. Hazırda 191 ailə siyahıdadır. Ancaq qeyd etmək istəyirəm ki, bu məsələ, belə siyasət mənzillə təmin edilmə istiqamətində şəxsi öhdəliklərinin xüsusi ehtiyatla həyata keçirilməsi deməkdir. Həmin şəxslər, 31 ailə, təxminən 2017-ci ildə bu baş verib, icazəsiz şəkildə yaşayış sahəsini tutmuşdular. Sonra 2021-ci ilin sonunda İqtisadiyyat Nazirliyi, Marneuli meriyası tərəfindən həmin ailələrə mənzil verildi.

Bu, əlbəttə, xoşdur, amma belə siyasət müəyyən risklər daşıyır. Onlar formal olaraq icazəsiz daxil olmaqla öz mənzil hüquqlarını həyata keçiriblərsə, belə siyasət onlara formal olaraq müəyyən qanuna zidd fəaliyyətlər etməyə təkan verir. Məsələn, özünə yardım məqsədi ilə başqasının əmlakı olan daşınmaz əmlakı tutmaq, amma bu əlbəttə düzgün dövlət yanaşması və düzgün siyasət ola bilməz”.


İrma Mçedlidzenin sözlərinə görə, Gürcüstan miqyasında mənzillə təmin etmə ilə bağlı vahid yanaşma yoxdur. Misal üçün, Rustavidə mənzil almaq üçün şəxs Sosial Xidmət Agentliyindən 150 000 balı almış olmalıdır, bu zaman Kutaisidə balın miqdarı 200 000, Qoridə isə 100 000 olmalıdır.

Xalq Müdafiəçisi dövlətə mənzillə təmin etməklə əlaqədar vahid yanaşma hazırlamaq tövsiyəsini verib.


Print ელ. ფოსტა
თეგები: Evsiz ailə Marneuli
FaceBook Twitter Google