Marneulidə pulsuz ingilis dili kurslarına start verilir
Marneulidə "USAID" tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Assosiasiyası (UNAG) ilə birgə Amerika təşkilatı PH International 18-29 yaşlı gənclər üçün 7½ aylıq biznes ingilis dili kursuna başlayır.

Kursun məqsədi sahibkarlıq/biznes məzmununa əsaslanan təlim vasitəsilə proqrama cəlb olunmuş gənclərin dil bacarıqlarını inkişaf etdirməkdir. Məzmun əsaslı dil öyrənmə gənc benefisiarlara karyeralarını yüksəltmək və/və ya öz bizneslərini qurmağa imkan yaratmaq üçün sahibkarlıq təhsili ilə işgüzar ingilis dilini birləşdirir.

7½ aylıq ingilis dili kursu biznes ingilis dilinin öyrənilməsinə yönəlmiş 120 saat peşəkar ingilis dilində təlim təqdim edir və Gürcüstanda biznesə başlamaq üçün əsas tələblər, biznes planın hazırlanmasının əsasları, sosial mediadan istifadə üçün təlimat, marketinq məqsədləri və liderlik bacarıqlarını inkişaf etdirmək daxildir. İngilis dili kursu 2022-ci ilin dekabr ayından başlayacaq. Dərslər həftədə iki dəfə 2 saat keçiriləcək. Dil kursu təcrübəli və ixtisaslı təlimçilər tərəfindən aparılacaq.

İngilis dili öyrənmə qrupları müsabiqə əsasında seçiləcək 20 həvəsli gəncdən ibarət olacaq.
Proqramda iştirak edən gənclərdən dərslərin ən azı 70%-də iştirak etmələri və onların aylıq qiymətləndirmələri 7 baldan aşağı olmamalıdır (10 ballıq qiymətləndirmə sistemi əsasında). Əks halda, həmin iştirakçının ehtiyatda olan namizədlə əvəzlənməsi məsələsi müzakirəyə çıxacaq.

Qeydiyyatdan keçmək üçün linkə daxil olun: http://bit.ly/3VFNjui

Ərizələrin göndərilməsi üçün son tarix 11 dekabr 2022-ci il, saat 23:00-dır.


Print ელ. ფოსტა
თეგები: İngilis dili Marneuli Pulsuz kurslar
FaceBook Twitter Google