Marneuli meriyası bir ədəd maşın almaq üçün 51 000 lari dəyərində
tender elan edib.
Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərini icra
edən Maia Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, maşını “Kənd suları” MMC-nin kəndlərdə monitorinq həyata
keçirməsi üçün alırlar.
“Bu pikap maşını olacaq. “Kənd suları” MMC-nin monitorinq xidməti
üçün alırıq. Kəndlərə gedəndə su sistemlərinin monitorinqi üçün
lazım gəlir”, – Naveriani bildirdi.
Tender sənədlərinə görə, avtomobilin bir neçə xüsusiyyəti belə
olmalıdır:
- Yanacaq tipi: dizel
- Mühərrik həcmi: ən az 2,2-ən çox
3,0
- Avtomobilin yük qaldırma gücü - ən az 1000
kq.
- Kabina – ən az 6 sərnişin üçün nəzərdə tutulmuş
(sürücü də daxil olmaqla)
- Qapının sayı – 4 (dörd)
- Sükan – sol, hidravlik gücləndirici
ilə.
- Rəng – ağ.
Təklif edilmiş avtomobil yeni olmalıdır. İstismarda olmamalıdır. Ən
tez 2022-ci il buraxılışı olmalıdır. Avtomobili təqdim edən,
avtomobil gətirilən kimi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını
(dövlət nömrə nişanı, qeydiyyat vəsiqəsi) öz xərci ilə təmin
etməlidir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2-5 yanvar dövründə öz
təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə
bağlandıqdan 60 gün ərzində avtomobili meriyaya təhvil
verməlidir.