“Birlik rəngarənglikdədir” – Marneulidə USAID-in proqramının təqdimatı olub
23 dekabr tarixində Marneulidə “Birlik rəngarənglikdədir” proqramının təqdimatı keçirilib.

USAID-in 5 illik proqramının Marneulidəki tərəfdaşı Mülki İştirak və Aktivizm Mərkəzidir. Təşkilat rəhbəri Rəşan Ziyadəliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, proqram bələdiyyə üçün böyük imkandır. Proqramın əsas məqsədi gənclərin gücləndirilməsi, məlumatlandırılması və inteqrasiyasıdır.

“Proqramın məqsədi etnik və dini azlıqlar qarşısında mövcud olan problemlərin həllidir. Qeyd
olunan prosesə çox sayda təşkilat qoşulacaq. Bütün Gürcüstan miqyasında 16 mərkəz qovşaq olacaq və Marneuli Gənclər Mərkəzi də USAID-in və başqa donorların bütün proqramları ilə əməkdaşlıq edəcək. Bizim mərkəzdə gürcü və ingilis dili kursları olacaq. Bu gənclər üçün çox mühümdür. Həmin proqramın məqsədlərindən biri Gürcüstanda vətəndaş kimliyinin formalaşdırılmasıdır və biz bunun üzərində işləyirik. Əgər Gürcüstanda yaşayırıqsa, hamımız Gürcüstan vətəndaşıyıq. Bu bizim əsas məqsədimizdir, bir-birimizə qarşı yadlaşma, laqeydlik və diskriminasiya olmasın. Layihə çərçivəsində etnik və dini azlıqlar milli çoxluqla fəal əməkdaşlıq edəcək”.



Marneulidə bugünkü təqdimatda “Birlik rəngarənglikdədir” USAID proqramının rəhbəri Laşa Cuğeli iştirak edirdi. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihənin həyata keçirilməsinə daha çox gəncin qoşulması mühümdür. Onlar məhz qeyri-formal təhsil istiqamətində bilik, bacarıqlar əldə edəcəklər. Bu isə onların gələcək fəaliyyətinə kömək edəcək. Proqram etnik azlıqlar, eləcə də çoxluq nümayəndələri ilə çox sayda müxtəlif qruplara istiqamətlənib.

“Yalnız bir qrupa aid olan məsələlər deyil. Çox sayda müxtəlif qruplara aid olan məsələlər var və onların ortaq çox şeyi var. Əsas odur ki, bir yerdə iş görə bilirlər. Bizim 14 gənclər mərkəzimiz var və birlikdə çox məsələ üzərində işləyəcəklər. Vətəndaş identliyinin gücləndirilməsinə dəstək olmağımız mühümdür. Ancaq heç vaxt unutmamalıyıq ki, bizim ölkəmiz mədəni, etnik, dini baxımdan çox rəngarəngdir və bu zənginlikdir. Bu zənginliyi qiymətləndirə və populyarlaşdıra bilməliyik. Biz buna da dəstək göstərəcəyik. Proqramın mühüm məqsədlərindən biri dövlətdən, eləcə də özəl sektordan çox sayda müxtəlif aktorlarla əməkdaşlıq etməkdir. Bununla vətəndaş inteqrasiyasının daha yaxşı və effektiv həyata keçirilməsinə dəstək olmaq istəyirik”.



USAID-in “Birlik rəngarənglikdədir” proqramını tərəfdaş təşkilatlarla birlikdə BMT Gürcüstan Assosiasiyası USAID-in maddi dəstəyi ilə həyata keçirir. Proqram Gürcüstan hökumətinin, vətəndaş cəmiyyəti və özəl sektorun gücləndirilməsinə, əhalinin azlıqlarla çoxluq arasında olan sosial, iqtisadi əlaqələrə dəstək göstərəcək. Proqram etnik və dini azlıqların gürcü cəmiyyətinə inteqrasiyasına dəstək olacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1