Marneulili Bunyamin Qocayevin yardıma ehtiyacı var
Marneulili Bunyamin Qocayevin yardıma ehtiyacı var. 1 yaş 9 aylıq Bunyaminin bir neçə aylıq olarkən səhhətində problemlər yaranıb. Anası Səma Qocayevanın sözlərinə görə, dəfələrlə tibb müəssisələrinə getməsinə baxmayaraq, azyaşlının diaqnozu müəyyən edilməyib.

“Üç aylıq idi, vəziyyəti pisləşdi. Həkimə apardıq, epilepsiya dedilər. Bir müddət epilepsiya müalicəsi aldı. Sonra 8 ayında yenə pis olmağa başladı və Aversiyə apardıq. Orada tutmalar təkrarlandı və təcili olaraq “New Hospitalsa” apardılar. İaşviliyə də aparmışdıq, başında heç nə yoxdur, qan analizləri, hemoqlobini aşağı idi, dedilər anemiyadır, amma müalicə olunmur. İki ay İaşvilidə qaldıq, diaqnoz qoya bilmədilər. Dedilər ki, Türkiyədyə, yaxud Almaniyaya apara bilərik, mən ingilis və alman dilini bilmirəm, Türkiyəyə apara bilərəm. Ancaq bu qədər imkanım yoxdur. Türk dili bilirəm, Ankara xəstəxanası ilə danışdım, nə qədər pul lazım olduğunu araşdırıram, Antalyaya zəng vurdum, təkcə analiz 3 500 dollara başa gəlir”.

Səma Qocayevanın sözlərinə görə, indiki mərhələdə xaricdə müalicə üçün lazım olan pulun dəqiq miqdarı məlum deyil, ancaq ailənin uşağı xaricdə müalicə etdirmək imkanı yoxdur və ictimaiyyətdən yardım gözləyir.

Yardım etmək istəyənlər qeyd olunan hesab nömrəsinə yardımlarını köçürə bilərlər:

Gürcüstan Bankının hesabı: GE95BG0000000541606166


Print ელ. ფოსტა
FaceBook Twitter Google