Meriya Marneulidə Novruz bayramını qeyd etmək üçün 85 485 lari dəyərində tender elan edib
Marneuli meriyası Novruz bayramını qeyd etməyə hazırlaşır. Yerli özünüidarə bayramla əlaqədar tədbirin təşkil edilməsi xidməti üçün 85 485 lari dəyərində tender elan edib. Bu ötən il xərclənmiş vəsaitdən demək olar ki, 20 000 lari artıqdır.

Tender sənədlərinə görə, 21 mart tarixində, Marneulidə ənənəvi kulinariya masterklassının keçirilməsi üçün 4 qadın seçilməsi planlaşdırılır. Həmin qadınlardan biri fətir bişirməlidir. Masterklassın müddəti ən az 2 saatdır. Həmçinin, xonçanın və ənənəvi Azərbaycan guşəsinin yaradılması üçün lazım olan məhsullar alınmalıdır: Düyü – 5 kq; Şəkər – 3 kq; Kişmiş – 3 kq; Yağ-4kq; Günəbaxan yağı – 2 litr; Boyamaq üçün yumurta – 300 ədəd; Qarışıq meyvə (alma, armud, nar, üzüm) – 15 kq; Fındıq – 2 kq; Qoz – 1 kq; Ləpə - 1 kq; Hind xurması – 3 kq; Ərik qurusu – 1 kq; Qara gavalı qurusu – 1 kq; Paxlava – 30 ədəd; Badambura – 30 ədəd; Şəkərbura-30 ədəd; Qoğal – 30 ədəd; Şokolad çeşidiləri – 3 kq; Un – 15 kq. Lavaşın bişirlməsi üçün maya – 1 ədəd; Duz 1 ədəd; Yumurta boyamaq üçün məhsullar (müxtəlif rənglər). Çay (yaşıl-1; qara-2) ümumilikdə, 3 qutu; Birdəfəlik qablar (boşqab – 300 ədəd; stəkan – 300 ədəd; Çəngəl – 300 ədəd; Böyük qaşıq 300 ədəd); Müxtəlif rəngli şamlar – 20 ədəd (qabların keyfiyyəti alıcılarla razılaşdırılmalıdır).

Bundan əlavə, 85 485 lariyə səhnənin qurulması, aparıcıların, müğənnilərin, aktyorların, musiqili qrupların icarəsi də daxildir.

Meriyanın elan etdiyi tenderdə 24-27 fevral tarixlərində iştirak etmək mümkündür.
Novruz bayramı 21 mart tarixində qeyd olunur.

“Novruz” – fars mənşəli sözdür. Onun bir hissəsi – “nov” yeni, ikinci hissəsi “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi ölkələrdə isə yeni il bayramıdır. Bayram süfrəsinə xüsusi diqqət yetirilir. Xüsusilə bu gün üçün üç növ şirniyyat – şəkərbura, qoğal, paxlava hazırlanır. Eləcə də yumurtalar qırmızı boyanır, səməninin yanına düzülür.

21 marta qədər – Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur. Bu etnik azlıqların kimliyinin bir qismidir. “Çərşənbə” həyat üçün mühüm olan dörd ünsürlə, su, yel, torpaq və odla əlaqədardır.

Qeyd edək ki, Novruzun qeyd edilməsinin qədim qaydalarının təsvirinə “Pələng dərisi geymiş pəhləvənda” da qarşılaşırıq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google