4 mart tarixində, gecə saat 12:40 radələrində Marneuli-Sadaxlı
yolunun Şulaveri hissəsində Ermənistan dövlət nömrəli maşın kəskin
döngədə qəzaya uğrayıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da "Ford" markalı avtomobil
yararsız hala düşüb. Qəzaya səbəb
maşının kəskin döngəyə sürətlə
daxil olması olub.
Hadisə şahidlərinin sözlərinə görə, maşında 8 nəfərədək sərnişin
olub.
Qəzanın baş verdiyi əraziyə DİN-in Şulaveri Polis Bölməsinin
əməkdaşları cəlb olunmuşdu.