Meriya Marneulidə milyon lariyə düzəldilmiş parkın yaşıllaşdırılması üçün 644 887 lari xərcləməyi planlaşdırır

Marneulinin “Yenə də böyüyəcəklər” mərkəzi parkının bərpası 2020-ci ildə başa çatıb.



Bərpa prosesini “İntertexnoloq” MMC iki mərhələdə 1 092 328 lariyə həyata keçirib.

Park rəsmi olaraq 2020-ci ilin 28 fevralında açılıb. Açılışda o zamankı majoritar deputatlar, Bələdiyyə Məclisinin sədri, mer, Kvemo Kartli qubernatoru və s. iştirak etmişdi. Açılışdan bir neçə ay sonra inventar sıradan çıxıb. Uşaq sürüşkənləri, yelləncəklər, stollar, zibil qabları xarab olub, “Mən Marneulini sevirəm” baneri də sıradan çıxıb”.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi bu il “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində olan parkın yaşıllaşdırılma işləri aparmağa qərar verib. Meriya yaşıllaşdırma işləri üçün 644 887 lari xərcləməyi planlaşdırır.

Tenderin şərtlərinə görə, parkın ərazisində bordürlər qurulacaq, dekorativ beton daşlarla cığır salınacaq, amfiteatr, parkın girişində olan lövhə bərpa olunacaq, fəvvarə qurulacaq, suvarma sistemi yaradılacaq, nişanlar, işıqlandırma və naqillər quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcək.

Yaşıllaşdırma işlərinə əsasən, park ərazisində zeytun, yasəmən və tikan ağacları əkiləcək. Eləcə də oleandra, spirea, ardıc kimi həmişəyaşıl kollar əkiləcək. Parkın ərazisində yeni qazon örtüyü da salınacaq. Qeyd edək ki, park ərazisində qazon örtüyü birinci bərpa zamanı da salınmışdı. Amma günəşli havalara və susuzluğa görə, qazon örtüyü quruyub.

Marneuli yerli özünüidarəsi “Yenə də böyüyəcəklər” abidəsinin ərazisindəki parkın yaşıllaşdırma işləri üçün 19 may tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 4 iyundan 9 iyuna qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 120 gün ərzində işləri yerinə yetirməli olacaq.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google