Bu gün, 31 may tarixində Marneuli bələdiyyəsinin Tsop kəndində 47
yaşlı kişi motosikllə qəzaya düşüb.
“Marneuli” radiosunun məlumatına görə, kişi dünən, 30 may tarixində
Tsop kəndindən evə qayıdırmış və bu zaman üçtəkərli motosikli
aşıb.
Dünyasını dəyişən şəxsin yaxınlarının sözlərinə görə, orta yaşlı
kişi motosiklin altında qalıb. Hadisə təxminən saat 23:30-24:00
radələrində baş verib. Xəsarət alan kişi
növbəti gün təxminən saat
6:00-7:00 radələrində tapılın.
Təcili yardım hadisə yerinə çatanda kişi hələ sağ imiş. O, təcili
yardım maşınında, xəstəxanaya gedən zaman yolda dünyasını
dəyişib.
“Marneuli” radiosu DİN-dən təfərrüatları araşdırır.