Marneuli şəhəri, Rustaveli küçəsində kanalizasiya quyusu partlayıb.
Kanalizasiya quyusu Rustaveli küçəsi 118 ünvanı yaxınlığında
sıradan çıxıb. Kanalizasiya sistemi sıradan çıxdığı üçün bir neçə
gözəllik salonu işləyə bilmir.
Marneuli merinin nümayəndəsi Elçin Cəfərlinin “Marneuli” radiosuna
bildirdiyinə görə, Rustaveli küçəsindəki kanalizasiya sistemi
“Gürcüstan Birləşmiş Su Təchizat Şirkəti”-nin balansdadır.
Cəfərlinin sözlərinə görə, qəza ilə bağlı artıq şirkətə məlumat
verilib.
“Gürcüstan
Birləşmiş Su Təchizatı Şirkətindən” “Marneuli” radiosuna
bildirdilər ki, qəza ilə bağlı onlara bildiriş daxil olub, məlumat
aidiyyəti qrupa çatdırılacaq və problem mərhələli şəkildə həll
olunacaq.