Marneuli meriyasının inzibati binasında yanğın baş verib
20 may tarixində, axşam saat 22:00 radələrində Marneuli meriyasının inzibati binasında yanğın baş verib.
Yanğının hansı səbəbdən baş verdiyi ilə bağlı Fövqəladə Halların İdarəolunması Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdiri Luka Loria “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yanğın binanın zirzəmisində baş verib.

“Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Zərərçəkən

şəxsə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib”.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Yanğınsöndürənlər onun ətrafa yayılmasının qarşısını tez bir zamanda alıblar.

İstifadə olunan şəkil "24news.ge"yə aiddir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
თეგები: Marneuli meriyası Yanğın
FaceBook Twitter Google