Marneulili gənclər “Sosial Media” müsabiqəsində qalib olublar
2 iyun tarixində GİPA-nın “Media Lab” layihəsi çərçivəsində “Sosial Media” müsabiqəsi keçirilib. Layihə onlayn şəkildə baş tutub.

Gənclər hazırladıqları layihələri münsiflərə təqdim ediblər və onlar Marneulidən olan 6 layihənin müəllifini mükafata layiq görüblər.

Aşağıda sizlər üçün qalib olan layihələri və müəlliflərini təqdim edirik.

  • 1. Yer - “Doğruyu Danışan Yalançı” - İsə Səmədov, İsmayıl Cəlilov;
  • 2. Yer
    - “Sonuncu Sazbənd” - Süleyman Novruzov, Adilə Məmmədova;
  • 3. Yer - “Kənd Təsərrüfatı” - Səma Adıgözəlova;
  • Xüsusi mükafat - “Mədəniyyətlərin Kəsişməsi” - Əminə Əhmədova, Dərya Muradova, Əminə Muradova;
  • Effektiv işi üçün - “Gənc Şahmatçı” - Aidə Omarova;
  • Motivasiya mükafatı: Gülizar Orucova, Pınar Xudiyeva, Yağmur Əfəndiyeva, Elif Ayvazova

Qeyd edək ki, “Media Lab” layihəsi artıq 6 ildir ki, Gürcüstan İctimai İşlər İnstitutunun və ABŞ-ın Gürcüstandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu layihədə 2017-ci ildən bu günə kimi 500-dən artıq gənc iştirak edib.

"Marneuli" Radiosu

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print ელ. ფოსტა
თეგები: GİPA Media Lab Gənclər
FaceBook Twitter Google