Marneulinin Rustaveli küçəsində sıradan çıxmış kanalizasiyanı
təmizləyiblər.
Bələdiyyə Məclisinin üzvü Vasil Xaxulaşvili "Marneuli" radiosu ilə
söhbəti zamanı bildirdi ki, təmizləyici texnika Qoridən gətirilib
və təxminən iki saat əvvəl təmizləmə işləri aparılıb. Bələdiyyə
Məclisi deputatının sözlərinə görə, Marneuli meriyası
kanalizasiyanı təmizləyən texnikanı artıq alıb və bir neçə günə
texnika gətiriləcək.
"Səki də təmizlənib. Avtomobili Qoridən gətirmişdik.
Bizim bələdiyyədə bu texnika yoxdur.
Yüksək təzyiq lazım idi, çağırdıq və problem həll olundu.
Sevindirici məlumat isə odur ki, biz artıq maşını almışıq, bu
günlərdə gətiriləcək. Problemlər daha dərindən həll olunacaq. Başqa
maşın gətirəndə problemin həlli uzanırdı, bəzən iki gün lazım
olurdu və yayda antisanitariyada, pis qoxuda dayanmaq daha
çətindir. Marneulidə su və kanalizasiya ilə bağlı layihə başa
çatana qədər lazım gəldiyi halda forsmajor reaksiya
göstərəcəyik"- Vasil Xaxulaşvili bildirdi.
Marneuli meriyası bir ədəd kanalizasiya təmizləyən və su çəkəni
(birləşdirilmiş) "Strada" MMC-dən 189 700 lariyə alıb. Yerli
özünüidarə texnikanın alınması ilə bağlı üç dəfə tender elan edib.
Üçüncü cəhddə, elektron tenderdə 5 şirkət iştirak edib. Meriya ən
aşağı qiymət təklif edən şirkət ilə, "Strada" şirkəti ilə müqavilə
bağlayıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.