Marneulidə eksternat imtahanlarına 42 nəfər qeydiyyatdan
keçib.
Gürcüstan Elm, Təhsil və Gənclər Nazirliyi I-XII siniflərin
proqramının eksternat formasında verilməsini istəyənlər üçün
qeydiyyat və imtahan vaxtlarını 21 iyuldan 2 iyula qədər müəyyən
edib.
Yerli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze "Marneuli"
radiosu ilə söhbəti zamanı bildirdi ki, gürcüdilli məktəblərə
qeydiyyatdan keçmiş şəxslər mərkəzləşdirilmiş şəkildə, kompüter
vasitəsilə verəcəklər. Digər
hallarda isə imtahanı təhsil
müəssisələrinin özü təmin edəcək. Təhsil Resurs Mərkəzinin
nümayəndəsinin sözlərinə görə, imtahana başlanğıc pillə və eləcə də
baza, orta pilləyə qeydiyyatdan keçə bilərlər. Müraciət edənlərdən
elələri də var ki, məktəb vaxtında təhsillərini yarıda qoyublar və
indi attestat almaq istəyirlər.
"Şəxsin yaşı eksternat imtahanına uyğundursa və ya
təhsil almalı olduğu sinif şagirdlərindən artıqdırsa, əvvəlki
siniflərin təhsil proqramını keçibsə, bu halda imtahanda iştirak
etmək hüququ var", – İrma Davadze bildirib.
Eksternat imtahanına qeydiyyat Marneuli Təhsil Resurs Mərkəzində 12
iyundan 18 iyun tarixinə qədər həyata keçirilib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.