Xuldərə kəndində tövlənin yanmasına qısaqapanma səbəb olub
Dünən, 7 iyul tarixində təxminən saat 16:30 radələrində Xuldərə kəndində tövlədə yanğın baş verib.

Yanğına qısaqapanma səbəb olub. Zərərçəkən Kamandar Xudiyev bildirir ki, 220 kv.m sahə tamamilə yanıb.

“Minimum 70-80 000 larilik ziyan dəyib. Orada 1500 ədəd ot tayı, 4 ton yem və alt qatında tikinti materialları var idi. Sahənin eni 35 metrdir, hər

şey yararsız vəziyyətdədir. Yanğın 7-8 saat davam etdi. Marneuli və Kodanın yanğınsöndürən maşınları bir saat yarımdan sonra gəlib çatdılar. Gecə saat birin yarısına qədər burada idilər. Tövlənin bir hissəsi dəmirlə əhatəli idi, o belə yanıb. Bu gün saat üçdən sonra yanğınsöndürəndən aktlaşdırılmış sənəd veriləcək. Onu meriyaya verməli olduğumuzu söylədilər”,
– Kamandar Xudiyev.

Onun sözlərinə görə, icra nümayəndəsi, polis idarəsinin əməkdaşları və ekspertlər hadisə yerinə gəliblər.

Kənd sakinləri mal-qaranı tövlədən vaxtında çıxara biliblər.

Print ელ. ფოსტა
თეგები: Qısaqapanma Yanğın
FaceBook Twitter Google