Meriya və hökumət fəlakətin nəticələrinin aradan qaldırılması üçün Marneuliyə nə üçün yardım ayrılmadığını açıqlamır

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Gürcüstan hökuməti tərəfindən bələdiyyələrə ayrılmış 104 877 000 laridən Marneulinin payına düşən 0 lari olub.



Gürcüstan hökumətinin 2024-cü il 8 iyul sərəncamına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Gürcüstanın Maliyyə Nazirliyinə 2024-cü ilin büdcəsinin Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan bələdiyyələrə 104 877 000 lari ayırmaq tapşırılıb.
Həmin məbləğ 45 bələdiyyəyə bölünəcək.

“Marneuli” radiosu Gürcüstan hökumət administrasiyasından hökumətin Marneuliyə niyə yardım ayırmadığını aydınlaşdırmağa çalışdı. Ötən aylar ərzində Marneulidə bir neçə dəfə təbii fəlakət baş verib və bu da infrastruktura, əhalinin yaşayış evlərinə ziyan vurub.

“Marneuli bələdiyyəsində baş vermiş təbii fəlakətin aradan qaldırılması işlər ilə əlaqədar ziyan dəymiş infrastrukturun layihələşdirilməsi üçün lazımı prosedurlara, layihələşdirmədən sonra ziyan dəymiş infrastrukturun bərpa işlərinə başlanılıb”, – Gürcüstan hökumət Administrasiyasından yazıblar.

Marneuli meriyasından bildirirlər ki, “hansısa yenilik olarsa və nə isə edilərsə, bütün mətbuat vasitələrinə müsahibə verəcəklər”. Meriyadan bizim Marneulinin Gürcüstan hökumətindən niyə yardım almadığı, bələdiyyənin fəlakətdən dəymiş ziyanın aradan qaldırılması üçün kifayət qədər maddi resursunun olub-olmaması ilə bağlı suallarımızı cavabsız qoydular.

Kvemo Kartlidən Gürcüstan hökumətinin yardımı iki bələdiyyə, Bolnisi və Tsalka alıb. Gürcüstan hökuməti Tsalka bələdiyyəsinə 1 270 000 lari ayırıb.

“Marneulidə meriya var, oraya zəng vurun”, – Tsalka bələdiyyəsinin meri İlia Sabadzenin “Marneuli” radiosundan zəng vurduğumuzu öyrəndiyi zaman verdiyi cavab belə oldu. Sabadze ondan sonra bizim zənglərimizə cavab vermədi.

Bolnisi meriyası hökumətdən 700 000 lari alıb. Bolnisi meriyasının İctimaiyyətlə Əlaqələr Xidmətindən bildirdilər ki, məsələ ilə bağlı yalnız rəsmi məktubla müraciət etdikdən sonra məlumat ala bilərik.

 

Print ელ. ფოსტა
თეგები: Büdcə Marneuli Təbii fəlakət
FaceBook Twitter Google