Marneulidə "One Caucasus" festivalı bu il də baş tutacaq.
"Festivalda avqust ayında 4 gün ərzində iştirak etmək
mümkün olacaq. “Vahid Qafqazın” 10 illik yubileyinə qoşul. 2024-cü
ilin 22-25 avqust tarixində Qafqazda ən ilhamverici festivalda
iştirak et. Musiqidən, incəsənətdən və Tserakvidə mədəni
fəaliyyətlərdən həzz al. Təqvimdə tarixi qeyd et və bu unudulmaz
bayramın iştirakçısı ol! Əlavə məlumat üçün bizə tez-tez verilən
sualları yoxla”, – “Vahid Qafqazın” feysbuk
səhifəsində yazılıb.
Qeyd edək ki, “Vahid Qafqaz” festivalı illərdir, üç ölkənin
sərhədində, Marneuli bələdiyyəsinin Tserakvi kəndində keçirilir.
Layihədə iştirak etmək üçün müxtəlif ölkələrdən musiqiçilər və
müğənnilər gəlirlər. Onlar bir növ festival şəhərciyi
yaradırlar.
Bu şəkildə Marneuli sakinlərinin və Cənubi Qafqazda yaşayan
xalqların dörd gün birlikdə zaman keçirmək üçün məkanları olur.
Gənclər xoş musiqi dinləyir, ailələri ilə birlikdə istirahət
edirlər və qonşu ölkələrin mədəniyyəti ilə tanış olurlar.