Marneuli bələdiyyəsinin Şaumyan kəndində küçə işıqları
quraşdırılacaq.
Yerli özünüidarə işıqların quraşdırılması üçün 56 049 lari
dəyərində tender elan edib. Tender sənədlərinə əsasən ümumilikdə 11
ədəd yeni dirəyə işıqlar və kabel şəbəkəsinin çəkilməsi həyata
keçirilməlidir.
Eləcə də mövcud 40 ədəd dəmir və 15 ədəd ağac dirəklərə işıqlar və
kabel şəbəkəsinin çəkilməsi həyata keçirilməlidir.
Qeyd olunan tender
vəsaiti 100% yerli özünüidarədən
maliyyələşdirilir və tenderdə iştirak etmək istəyən namizədlər
10-15 avqust tarixində öz təkliflərini təqdim edə bilərlər. Qalib
şirkət müqavilə bağlandıqdan sonra 30 gün ərzində işləri təhvil
verməlidir.